Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla telefon danışığı keçirib , ikisi Qəzza zolağındakı vəziyyəti müzakirə ediblər.
TRT Haber bu barədə məlumat yayıb.
"Ərdoğan bu gün ABŞ prezidenti Donald Trampın xahişi ilə telefon danışığı aparıb. Söhbət zamanı Türkiyə ilə ABŞ arasında ikitərəfli münasibətlər, həmçinin Qəzzadakı vəziyyət müzakirə edilib", - nəşr yazıb.
Danışıqlar zamanı Ərdoğan sentyabrın 25-də Vaşinqtona səfərinin Türkiyə ilə ABŞ arasında münasibətləri gücləndirdiyini, bütün sahələrdə əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd edib. O, Ankaranın Yaxın Şərqdə sülh və sabitliyin təmin edilməsi üçün intensiv səylər göstərdiyini vurğulayıb.
Mövsüm,
AzNews.az