Oqtay Şirəliyev vəfat edib

3 Oktyabr 2025 19:58 (UTC+04:00)

Sabiq səhiyyə naziri Oqtay Şirəliyev 75 yaşında vəfat edib.

TƏBİB-dən bildirilib ki, Sabiq səhiyyə naziri Oqtay Şirəliyev ilə əlaqədar bu gün saat 17:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət daxil olub. Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən sabiq nazirin həkiməqədər ölüm faktı qeydə alınıb.

Qeyd edək ki, Oqtay Şirəliyev 1950-ci il avqustun 2-də Bakı şəhərində həkim ailəsində anadan olub.

O, 2005-ci ildə Azərbaycan Respublikasının Səhiyyə naziri təyin edilib.

Oqtay Şirəliyev 2015-ci il avqust ayının 12-də Səhiyyənin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif olunub.

23 aprel 2021-ci ildə Oqtay Şirəliyev Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsindən azad edilib.