“Terrorizmlə qətiyyətli mübarizəni davam etdirəcək“

9 Sentyabr 2013 14:13 (UTC+04:00)
Türkiyə terrorçuların silahlı mübarizədən imtina məsələsində hansı mövqe tutmasından asılı olmayaraq, terrorizmlə qətiyyətli mübarizəni davam etdirəcək.

Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ deyib.

Onun sözlərinə görə, Türkiyənin terrorla mübarizədə alternativləri var: "Əgər terrorçu Kürd Fəhlə Partiyasının silahlıları sülhdən imtina etsələr, əziyyət çəkən özləri olacaq".

AzNews.az