Oqtay Şirəliyevlə vida mərasimi keçirilir - FOTO

4 Oktyabr 2025 11:21 (UTC+04:00)

Təzə Pir məscidində sabiq səhiyyə naziri Oqtay Şirəliyevlə vida mərasimi keçirilir.

Aznews.az xəbər verir ki, mərasimdə mərhumun ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri iştirak edir.

Sabiq nazir "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılacaq.

Xatırladaq ki, Oqtay Şirəliyev dünən axşam saatlarında Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən vəfat edib.

Qeyd edək ki, o 1950-ci il avqustun 2-də Bakı şəhərində həkim ailəsində anadan olub, 2005-ci ildə Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilib.

Oqtay Şirəliyev 2015-ci il avqust ayının 12-də Səhiyyənin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif olunub. 23 aprel 2021-ci ildə Oqtay Şirəliyev Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsindən azad edilib.