Gürcüstan Prezidenti Trampla fotosunun saxta olması barədə məlumatı təkzib edib

4 Oktyabr 2025 13:38 (UTC+04:00)

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Nyu-Yorkda ABŞ lideri Donald Trampla çəkilən fotoşəklinin saxta olması barədə yayılan məlumatı feyk adlandırıb.

Aznews.az xəbəri verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, radikal qüvvələrə məxsus telekanallar, partiya və QHT-lər həqiqətə uyğun olmayan informasiyalar yaymaqla ictimaiyyəti aldadırlar.

“Mənim fotoşəklə əlavə olunmağım barədə məlumatlar yalandır”, - dövlət başçısı söyləyib.

M.Kavelaşvili qeyd edib ki, ABŞ Prezidenti ilə danışıq aparmaq imkanı olub və Tramp ona Gürcüstan-ABŞ münasibətlərinin bərpası məsələsinə mütləq qayıdacağını söz verib.