Kamçatkada vulkan 9 kilometr hündürlüyə kül püskürüb

4 Oktyabr 2025 17:52 (UTC+04:00)

Kamçatkadakı (Rusiya - red.) Kronotski vulkanı hündürlüyü 9200 metrə çatan kül püskürüb.

Aznews.az bu barədə rus KİV-lərinə istinadən xəbər verir.

Məlumata görə, kül vulkandan cənub-şərqdəki Kronotski körfəzinə doğru yayılıb.

Bu ərazidə yaşayış məntəqələri yoxdur.