Azərbaycanda bu su anbarında yenidənqurma işləri aparılacaq - 1,1 milyon manatlıq LAYİHƏ

4 Oktyabr 2025 18:52 (UTC+04:00)

Qusar rayonunda "Bənövşə gölü" su anbarının bərpası və yenidən qurulması işləri aparılacaq.

Aznews.az xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti artıq bununla bağlı müvafiq işlərə başlayıb.

Qurum hazırda su anbarında təmir və bərpa işlərini icra edəcək şirkəti müəyənləşdirir.

Sözügedən işlərin icrasının 1,1 milyon manata başa gələcəyi proqnozlaşdırılıb.