Cəlilabadda şəhərdaxili küçələrdə asfaltlanma işləri davam etdirilir.
Aznews.az xəbər verir ki, rayonda aparılan abadlıq-yenidənqurma işləri çərçivəsində yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə şəhər ərazisində şəhid Məhərrəm Hüseynov küçəsi asfaltlanıb.
Qeyd edək ki, bundan öncə Cəlilabadın Göytəpə şəhərində şəhid adı daşıyan küçələr asfaltlanıb.
Belə ki, Göytəpə şəhər ərazisində şəhid Rövşən İsmayılov küçəsi, İnqilab Niftullayev küçəsi, Yusif Məmmədəliyev küçəsi, şəhid Akif Xanışov küçəsi və Vasif Hüseynov adına 2 saylı tam orta məktəbin həyətində asfaltlanma işləri aparılıb.
AzNews.az