Çində "Matmo" tayfunu səbəbindən maksimum xəbərdarlıq səviyyəsi elan edilib

4 Oktyabr 2025 20:24 (UTC+04:00)

Çin Milli Rəsədxanası "Matmo" tayfunu Çinin cənubuna yaxınlaşdığı üçün ən yüksək hədd olan qırmızı təhlükə elan edib.

Aznews.az xəbər verir ki, bu barədə rəsədxananın açıqlamasında bildirilir.

Qasırğa Çinin cənubundakı Haynan və Quandun əyalətlərinə 25-30 km/saat sürətlə yaxınlaşır. Oktyabrın 5-də yerli vaxtla təqribən günorta saatlarında bu rayonlarda küləyin sürətinin 42-48 m/s-dək güclənəcəyi gözlənilir.

Əlverişsiz hava şəraiti ərəfəsində Haynan adasının Haykou və Vençan şəhərlərində dərslərin, işgüzar fəaliyyətlərin, istehsalın, ictimai nəqliyyatın və hava nəqliyyatının dayandırıldığını elan edilib. Adada dəmiryol əlaqəsi də oktyabrın 5-də dayandırılacaq və oktyabrın 6-da bərpa olunacaq.

Oktyabrın 4-ü saat 23:00-dan (Bakı vaxtı ilə 19:00) Haykou Meylan Beynəlxalq Hava Limanından bütün reyslər ləğv edilib. Uçuşların oktyabrın 5-i saat 20:00-da (Bakı vaxtı ilə 16:00) bərpa ediləcəyi gözlənilir.

Aznews.az