Hakim "Gürcü arzusu" Partiyasının Tbilisi meri vəzifəsinə namizədi Kaxa Kaladze bələdiyyə seçkilərində səslərin 77,4%-ni qazanır.
Aznews.az xəbər verir ki, "Gorbi" şirkətinin exit-poll məlumatları gürcü televiziyası "İmedi" tərəfindən dərc edilib.
İkinci yerdə müxalifət partiyaları "Güclü Gürcüstan" və "Gürcüstan üçün Qaxariya"nın namizədi İrakli Kupradze qərarlaşıb. O, səslərin 8,8%-ni qazanıb. Üçlüyü "Qırçı"nın namizədi Yaqo Xviçiya tamamlayıb. Onu seçicilərin 6,7%-i dəstəkləyib.
Aznews.az