İsmayıllıda iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var

4 Oktyabr 2025 20:33 (UTC+04:00)

İsmayıllı rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Aznews.az xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun İsmayıllı ərazisindən keçən hissəsində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində ölən və xəsarət alanların olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Aznews.az