Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

5 Oktyabr 2025 14:37 (UTC+04:00)

Azərbaycanın avtomobil yollarındakı vəziyyət açıqlanıb.

Bu barədə Aznews.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Oktyabrın 6-da gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 500-800 metrədək məhdudlaşacağı gözlənilir.