Qızıl medal qazanan idmançı: “Xankəndinin havasını, mətbəxini çox bəyəndim”

5 Oktyabr 2025 14:46 (UTC+04:00)

“Kamandan oxatma yarışlarında güclü rəqiblər iştirak edirdi. Qızıl medal qazandığım üçün özümü xoşbəxt hiss edirəm. Növbəti hədəfim Olimpiya Oyunlarıdır”.

Bu sözləri APA-nın Qarabağ bürosunun əməkdaşına müsahibəsində Xankəndidə keçirilən kamandan oxatma üzrə fərdi yarışlarda qızıl medal qazanan Özbəkistan idmançısı Bekzod Boborajabov deyib.

O, həmçinin yarışların təşkilindən razılığını ifadə edib: "Bizi burada xoş qarşıladılar. Xankəndinin havasını, mətbəxini çox bəyəndim".