Nazir müəllimləri təbrik edib

5 Oktyabr 2025 14:51 (UTC+04:00)

Elm və təhsil naziri Emin Əmrullayev sosial media vasitəsilə müəllimləri təbrik edib.

AzNews.az nazirin paylaşımını təqdim edir:

“Dəyərli müəllimlər! Sizi Müəllimlər Günü münasibətilə təbrik edir, hörmət və ehtiramımı bildirir, şərəfli fəaliyyətinizdə uğurlar arzulayıram. Gənc nəslin formalaşmasında fədakar əməyinizə görə təşəkkür edirəm”.