Ermənistan Ordusunun iki hərbçisi öldü

9 Sentyabr 2013 14:34 (UTC+04:00)
Ermənistan Ordusunun iki hərbçisi yol qəzasında ölüb.

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında Sevan-Martuni-Qetap Qeqarkunik magistralında baş verib.

Qəza nəticəsində avtomobildə olan 3 nəfərdən ikisi – Ermənistan Ordusunun hərbi qulluqçuları Gevorq Ovanisyan və Ruben Baqyan dünyasını dəyişib.

Kimliyi açıqlanmayan üçüncü şəxs isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

AzNews.az