Rassel "Formula 1" üzrə Sinqapur Qran-prisinin qalibi olub

5 Oktyabr 2025 18:58 (UTC+04:00)

"Mercedes" komandasının britaniyalı pilotu Corc Rassel "Formula 1" üzrə Sinqapur Qran-prisində qalib gəlib.

Aznews.az xəbər verir ki, ikinci yeri "Red Bull"u təmsil edən niderlandlı Maks Ferstappen tutub.

İlk "üçlüy"ü "McLaren"i təmsil edən britaniyalı Lando Norris tamamlayıb.

Qran-prinin növbəti mərhələsi oktyabrın 17-dən 19-dək ABŞ-nin Texas ştatının Ostin şəhərində keçiriləcək.