ABŞ-da silahlı qruplar arasında atışma olub

5 Oktyabr 2025 19:04 (UTC+04:00)

ABŞ-ın Alabama ştatının Montgomery bölgəsində gecə klublarının yerləşdiyi izdihamlı ərazidə silahlı qruplar arasında atışma baş verib.

Aznews.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Rəsmilərin məlumatına görə, atışma nəticəsində 2 nəfər həlak olub, 3-ü ağır olmaqla ümumilikdə 12 nəfər yaralanıb. Polis hadisə ilə bağlı araşdırmaya başladığını bildirib.