Tibb üzrə Nobel mükafatı laureatları məlum olub

6 Oktyabr 2025 14:33 (UTC+04:00)

Fiziologiya və ya tibb üzrə Nobel mükafatı laureatları məlum olub.

APA “Nobelprize.org”a istinadən xəbər verir ki, Meri E. Brunkou, Fred Ramsdell və Şimon Sakaquçi sözügedən sahə üzrə 2025-ci ilin laureatları elan edilib.

Onlar bu mükafata periferik immun tolerantlığı ilə bağlı kəşflərinə görə layiq görülüblər.

Qeyd edək ki, Meri E. Brunkou 1961-ci ildə ABŞ-da doğulub. Onun əsas elmi maraq dairəsi genetika, molekulyar biologiya və immunologiya sahələrini əhatə edir. Fred Ramsdell isə ABŞ-lı immunoloqdur. Şimon Sakaquçi Yaponiya immunoloqu və Osaka Universitetinin professorudur.

Xatırladaq ki, Victor Ambros və Gary Ruvkun sözügedən sahə üzrə 2024-cü ilin laureatları elan edilib.

AzNews.az