Almaniya: "Trampın Qəzza planına töhfə verməyə hazırıq"

6 Oktyabr 2025 19:38 (UTC+04:00)

Qətər və Küveyti ziyarət etdikdən sonra İsrailə gedən Almaniyanın xarici işlər naziri İohan Vadeful Almaniyanın ARD telekanalı üçün bu səfərləri dəyərləndirib.

Vadeful Trampın planını region üçün potensial dönüş nöqtəsi kimi qiymətləndirib.

"Atəşkəsdən sonra biz Almaniya hökumətinin yardım vəd etdiyi mərhələyə daxil olacağıq. Biz yenidənqurma konfransında iştirak etməyə hazırıq. Biz maliyyə dəstəyi və humanitar yardım göstərəcəyik", - Vadeful bildirib.

Planın müvəffəqiyyətli olması üçün hər şeyi edəcəklərini ifadə edən Vadeful , "Hazırda atəşkəsin razılaşdırılacağı və girovların azad edilməsinin müzakirə edildiyi ilk mərhələdəyik. Bu, Almaniya üçün də böyük əhəmiyyət kəsb edir, çünki girovlar arasında Almaniya vətəndaşları da var".

İsrailin sülh planını həyata keçirməkdə nə dərəcədə etibarlı olduğunu soruşduqda, Vadeful belə cavab verdi: "Mən buna inanıram, çünki İsrail tərəfdən gördüyüm və eşitdiyim hər şey, xüsusən də həmkarım Gideon Saar bunu dəstəkləyir. İsrail tərəfi hələ mənə yalan danışmayıb, dediklərinin hamısı doğrudur. Ona görə də buna şübhə etmək üçün heç bir əsasım yoxdur".

Xarici işlər naziri Vadeful əlavə edib ki, o, İsraildəki danışıqlarından sonra Misirə səfər edəcək.

Mövsüm,

AzNews.az