2025-ci ilin oktyabr ayının 1-nə əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 466.613 vahid artıb və 1.868.528-ə çatıb.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Qeyd edilib ki, oktyabrın 1-nə qeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 1.011.208 təşkil edib. 2019-cu ilin əvvəlindən indiyədək bu sektorda əmək müqavilələrinin sayı 471.286 vahid və ya 87,3% artıb. Ümumi əmək müqavilələrinin 54,1%-ə yaxını qeyri-neft sektorunun özəl bölməsinin payına düşüb. 2025-ci ilin 9 ayında qeyri-neft özəl sektorunda qeydə alınmış 28 min artımın əsas hissəsi xidmət, ticarət və tikinti sahələrində müşahidə edilib.
Əldə olunan nailiyyətlər Azərbaycan iqtisadiyyatının post-neft dövrü üçün dayanıqlı və inklüziv inkişaf modelinə keçidini sürətləndirir, eyni zamanda, dövlətin əsas hədəfinin – qeyri-neft sektorunun özəl bölməsində dayanıqlı məşğulluğun və sosial rifahın yüksəldilməsinin uğurla həyata keçirildiyini nümayiş etdirir.
AzNews.az