Türk dünyasının bölgəmizin sabitliyində və təhlükəsizliyində daha mühüm rol oynayacağına inanırıq.
APA-nın Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə deyib.
O bildirib ki, bu gün təşkilatımızın qətiyyətli mövqe ortaya qoyması vacibdir.
Rəcəb Tayyib Ərdoğan Türk dövlətlərinin birgə müdafiə potensialının formalaşdırılmasını zəruri sayıb, bu aspektdə iyul ayında müdafiə nazirlərinin keçirilmiş toplantısını yüksək dəyərləndirib.
AzNews.az