Türkiyə Prezidenti: Vaşinqton razılaşmasının davamının gələcəyinə ümid edirik

7 Oktyabr 2025 14:09 (UTC+04:00)

Cənubi Qafqazda baş verən prosesləri sadəcə izləmirik, bölgədə sülhün təsis olunması üçün atılan addımları dəstəkləyirik.

Bunu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə deyib.

O bildirib ki, 8 avqustda Vaşinqtonda imzalanan birgə bəyannamənin davamının gələcəyinə ümid edirlər.

APA