Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Herdekke şəhərinin meri İris Stalzer naməlum şəxslər tərəfindən hücuma məruz qalıb və bir neçə dəfə bıçaqlanıb.
“Focus” bu barədə məlumat yayıb.
"Staltzer mədəsindən və kürəyindən ümumilikdə 13 bıçaq yarası alıb", - hesabatda deyilir.
Polis hücum edənləri axtarır. Onlar heç bir ehtimalı, o cümlədən siyasi motivi istisna etməyiblər. Stalzer ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Mövsüm,
AzNews.az