2025 Nobel Fizika Mükafatı üç alimə verildi

7 Oktyabr 2025 16:49 (UTC+04:00)

İsveç Kral Elmlər Akademiyasında keçirilən mətbuat konfransında bu ilki Nobel Fizika Mükafatının sahibləri açıqlanıb.

Açıklamaya görə, ABŞ-ın Kaliforniya ştatında fəaliyyət göstərən ingilis John Clarke, fransız Michel Devoret və amerikalı John Martinis, “elektrik dövrələrində makroskopik kvant mexaniki tunelləşmə və enerji kəmiyyətləşməsinin kəşfi” ilə bağlı tədqiqatlarına görə bu mükafata layiq görülüblər.

Xatırladaq ki, 2024-cü il Nobel Fizika Mükafatı, “süni sinir şəbəkələri və maşın öyrənməsini mümkün edən tədqiqatlara” görə amerikalı John Hopfield və ingilis mənşəli kanadalı Geoffrey Hintona təqdim edilmişdi.

Nobel mükafatları İsveçli ixtiraçı Alfred Nobelin vəsiyyətinə əsasən, 1900-cü ildə yaradılmış Nobel Fondu tərəfindən fizika, kimya, tibb, ədəbiyyat və sülh sahələrində insanlığa xidmət göstərən ən uğurlu şəxslərə və ya qurumlara təqdim olunur.

Mövsüm,

AzNews.az