Türkiyəyə kritik səfər...
Vatikandan verilən açıqlamaya görə, katoliklərin yeni lideri Papa Leo noyabrın sonunda Türkiyə və Livana səfər edəcək.
Bu, Papa Leonun İtaliyadan kənara ilk rəsmi səfəri olacaq.
Amerika əsilli ilk papa olan Leo 27-30 noyabr tarixlərində Türkiyədə olacaq.
Daha sonra noyabrın 30-dan dekabrın 2-dək Livana gedəcək.
Papanın səfəri zamanı Yaxın Şərqdə xristianların üzləşdiyi çətinliklərə diqqət çəkəcəyi və bölgədə sülhə çağıracağı gözlənilir.
Mövsüm,
AzNews.az