Putin MDB dövlət başçılarının Düşənbə sammitində iştirak edəcək

7 Oktyabr 2025 19:25 (UTC+04:00)

Rusiya Prezidenti Vladimir Putin oktyabrın 10-da Düşənbədə Müstəqil Dövlətlər Birliyinin (MDB) dövlət başçılarının sammitində iştirak edəcək.

AzNews.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

"Cümə günü, oktyabrın 10-da prezidentimiz MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edəcək", - Kremlin nümayəndəsi deyib.

O əlavə edib ki, görüşdə MDB çərçivəsində ticarət və investisiya tərəfdaşlığının inkişafı və təhlükəsizlik əlaqələrinin gücləndirilməsi məsələləri müzakirə olunacaq.