Rusiya təhlükəsi Avropa ölkələrini yeni addımlar atmağa məcbur edir.
Avropa İttifaqı (Aİ) ölkələri Aİ Komissiyasının müdafiə xərclərinin 800 milyard avro artırılmasını nəzərdə tutan “Avropanın yenidən silahlanması” proqramını təsdiqləyib.
Avropa Şurası 2025-ci ilin sonuna qədər proqram üzrə razılığa gəlmək üçün Avropa Parlamenti ilə danışıqlara başlayacağını açıqlayıb.
Bəyanatda “Avropanın yenidən silahlanması” proqramının üzv dövlətlər tərəfindən təsdiqləndiyi və Aİ Şurasının müdafiə sahəsində daha çevik və koordinasiyalı investisiyaları asanlaşdırmaq üçün bəzi AB qaydalarına dəyişiklik etməyi hədəflədiyi qeyd edilib.
Hazırda Aİ-də sədrlik edən Danimarka üzrə Aİ işləri üzrə Nazir Marie Bjerre, İttifaqın əsas proqramlarını müdafiə sektoruna sərmayələrə açmaq istədiklərini ifadə edərək, "Avropanın müdafiə sənayesini və texnoloji bazasını gücləndirmək üçün daha çevik və koordinasiyalı səylər göstərməyə imkan veririk . Bu, 2030-cu ilə qədər Aİ-nin müdafiəsini daha da gücləndirmək üçün zəruri addımdır".
Mart ayında Aİ Komissiyası tərəfindən elan edilən "Avropanın yenidən silahlanması" proqramı müdafiə xərclərini 800 milyard avro artırmaqla bölgəni yenidən silahlandırmaq məqsədi daşıyır və maliyyə qaydalarında çeviklik verilməsini və üzv dövlətlərə müdafiə xərcləri üçün vəsaitin ayrılmasını nəzərdə tutur.
Mövsüm,
AzNews.az