“Azərbaycanda müstəqilliyin ilk illərində və 2000-ci illərin ortalarına qədər bəzi vətəndaşlar ictimai nəqliyyatdan pulsuz və ya güzəştli istifadə imkanı əldə edirdilər. O zaman dövlət tərəfindən tənzimlənən ictimai nəqliyyat vasitələri və vətəndaşlar üçün nəzərdə tutulmuş güzəştli biletlər mövcud idi. Tarixi təcrübə göstərir ki, o dövrdə Azərbaycan ictimai nəqliyyat sahəsində müəyyən xidmətləri təmin edə bilirdi. 90-cı illərdə ölkədə ictimai vəziyyət çətin olsa da, vətəndaşlar dövlət tərəfindən təşkil olunan xidmətlərdən faydalana bilirdilər”.
Bu fikirləri Aznews.az-a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib.
Xatırladaq ki, Azərbaycanda ictimai nəqliyyatın qiymətlərinin yüksəlməsi ilə bağlı müzakirələr davam edir. Eyni zamanda, bəzi Avropa ölkələrində müəyyən əhali qrupları ictimai nəqliyyatdan pulsuz və ya güzəştli istifadə edə bilirlər.
Ekspert bildirib ki, hazırda ölkədə vəziyyət fərqlidir və ictimai nəqliyyat imkanları daha geniş və əlçatan vəziyyətə çatıb.
“Azərbaycan yüksəliş dövrünü yaşayır və ölkə artıq dünyanın önəmli mərkəzlərindən birinə çevrilməkdədir. Buna görə də yaxın gələcəkdə bütün vətəndaşlarımız, maliyyə imkanlarından asılı olmayaraq, ictimai nəqliyyatdan rahat şəkildə istifadə edə biləcəklər”.
Rəfiqə Namazəliyeva,
AzNews.az