Sevgilisini diri-diri dəfn etdi

9 Sentyabr 2013 19:13 (UTC+04:00)
Çelyabinskdə kişi öldüyünü zənn etdiyi sevgilisini dəfn edib.

İyun ayında 1960-ci il təvəllüdlü Mixail P. qadın tanışı V. ilə avtomobillə Kaslinsk bazarına gedirmiş. Yolda Mixail avtomobildən düşüb, geri qayıtdıqda isə o, sevgilisini huşunu itirmiş vəziyyətdə aşkar edib: qadının nəbzi döyünmür, bədəni isə soyuq imiş.

Qadının öldüyünü düşünən və təcili yardıma müraciət etməyən Mixail tələsik onu dəfn etməyə qərar verib.

İstintaq zamanı təhqiqatçılar qadının bir sıra xroniki xəstəliklərdən əziyyət çəkdiyini, bazara gedərkən isə onun ölmədiyini, sadəcə huşunu itirdiyini müəyyən ediblər.

Məhkəmədə Mixail P. günahını etiraf edib. Ehtiyatsızlıqdan ölümə səbəb olan Mixail 1,6 il müddətinə islah işlərinə cəlb edilib. Onun qazancının 15 faizi dövlət hesabına keçiriləcək. (teleqraf.com)

AzNews.az