Deputatlar Sarkisyandan izahat tələb edir

9 Sentyabr 2013 15:32 (UTC+04:00)
Ermənistanın Gömrük İttifaqına qoşulması ölkə ictimaiyyətini iki hissəyə bölüb. Bu məsələ hətta Ermənistan parlamentinin payız sessiyasının gündəliyinədə salınıb. Anspress-in erməni mətbuatına istinadla verdiyi məlumata görə, "Çiçəklənən Ermənistan" partiyasından Naira Zohrabyan bildirib ki, siyasi qərarlar haqqında parlamentdə müzakirələr aparmaq lazımdır. Parlament təcili olaraq qarşıdan gələn məsələlər haqqında məlumat verməlidir.

"Erməni Milli Konqresi" deputatı Nikol Paşinyan isə bildirib ki, Ermənistanın Gömrük İttifaqına qoşulması geosiyasi böhran ərəfəsində gündəmə gəlib: "Bu məsələ hətta cari gündəliyə əsasən, müzakirə olunmayıb. Ermənistanda bununla öz suverenliyini itirə biləcəyini düşünənlər var".

O, Serj Sarkisyanın öz qərarını respublika qüvvələri dəstəkçiləri ilə deyil dövlət qurumları ilə müzakirə etməsinin vacib olduğunu deyib: "Çünki bəzi insanlar bu cür qərarların doğru olub olmadığına şübhə edirlər".

Ermənistan parlamentinin spikeri Hovik Abramyan isə bildirib ki, hər razılaşma dövlət və xalqın maraqları əsasında olmalıdır. "Bu qərar həqiqətən Ermənistanın maraqlarına əsaslanır. Mən bizim suverenliyimizi itirmək faktı ilə razı deyiləm. Bu fikir mənim düşüncəmdi və mən bunun doğru olduğuna inanıram".

AzNews.az