“Azərbaycan Sudana yardım etməyə hazırdır“- Elmar Məmmədyarov

9 Sentyabr 2013 15:40 (UTC+04:00)
"Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi vasitəsilə Sudana yardım etməyə hazırdır"


Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Sudanın ölkəmizə yeni təyin olunmuş səfiri Məhəmməd Elias Məhəmməd əl-Haqla görüşü zamanı bildirib.

Trend-in Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, E.Məmmədyarov Məhəmməd əl-Haqı ölkəmizə səfir təyin olunması münasibətilə təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə Azərbaycan-Sudan münasibətləri, Afrikada, o cümlədən Cənubi Qafqazda gedən proseslər haqqında fikir mübadiləsi aparılıb.

AzNews.az