Dövlət qurumlarının məlumat sorğuları "MyGov"da tarixçə kimi təqdim ediləcək

9 Oktyabr 2025 15:56 (UTC+04:00)

"MyGov"da razılıq əsasında fərdi məlumatların paylaşılması imkanı təmin edilib.

Bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyəti sədrinin müavini Şahin Əliyev Bakıda keçirilən “Critical Infrastructure Defence Challenge 2025” (CIDC-2025) tədbirində deyib.

O bildirib ki, vətəndaş onun məlumatlarının hansı özəl qurumlar tərəfindən sorğulandığını bilir. Bunun əhatə dairəsi genişləndirilir:

"Növbəti mərhələdə dövlət qurumları tərəfindən vətəndaşın məlumatları sorğulanarsa. bu da tarixcə kimi təqdim ediləcək".

AzNews.az