Əsma Əsədin Ermənistana qaçan tərcüməçisi danışdı

9 Sentyabr 2013 15:47 (UTC+04:00)
Suriya prezidenti Bashar al-Assad-ın xanımı Asma Assad-ın erməni əslli təırcüməçisi Miqran Bertizlyan 4 ay əvvəl ailəsini də götürüb Ermənistana qaçıb.

O, Yerevanda Hurriyet Daily News-a bildirib ki, Suriyadan qaçmaq istəməsə də ailəsinin təhlükəsizliyi üçün buna məcbur olub: "Evdən çıxanda heç xırda bir əşyamı da götürə bilmədim. Suriyanın havası, suyu, oradakı evimiz, hətta, küçələrdəki kasıbları üçün çox darıxmışam. Burda müvəqqətiyəm, özümü Ermənistanın bir parçası kimi hiss edə bilmirəm."

Miqran Bertizlyan qeyd edir ki, Bashar al-Assad yaxşı təhsilli insandır və o, sadəcə hansısa oyunda aldadılıb: "Assad demokratiya üçün çox iş görməli idi. Amma atası Hafiz Assad-a baxanda Bashar və onun xanımı Asma xeyli fərqlidir. Orda baş verənlərə görə çox təəssüflənirəm."

Suriyada vətəndaş müharibəsinə görə yüzlərlə erməni ailəsi Ermənistana qaçıb. Azərbaycan tərəfi bir neçə dəfə bəyan edib ki, Ermənistan həmin qaçqın ailələrini qanunsuz olaraq işğal altında saxladığı Qarabağ torpaqlarında yerləşdirir./azadliqradiosu/