Ramil Həsən deputat fəaliyyətini dayandıracaq

10 Oktyabr 2025 12:11 (UTC+04:00)

Ramil Həsən deputat fəaliyyətini dayandıracaq.

Ramil Həsən Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi vəzifəsində çalışacaq.

Qeyd edək ki, Ramil Həsən bu il iyunun 12-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Qazaxıstanın paytaxtı Astanada keçirilən 14-cü plenar sessiyasında təşkilatın Baş katibi seçilib.

Bundan əvvəl TÜRKPA-nın Baş katibi vəzifəsini türkiyəli Mehmet Süreyya tutub.

Ramil Həsən 2009-2013-cü illərdə də TÜRKPA-nın Baş katibi olub.