İsveçrə Aİ-nin Rusiyaya qarşı sanksiyalarını dəyərləndirir

10 Oktyabr 2025 19:11 (UTC+04:00)

İsveçrə, Avropa İttifaqının Rusiyaya qarşı elan etdiyi 19-cu sanksiya paketinə qoşulmaq barədə qərarı xarici siyasət, ticarət və hüquqi meyarları nəzərə aldıqdan sonra verəcək.

Bu barədə İsveçrə İqtisadiyyat üzrə Dövlət Katibliyinin (SECO) rəsmi nümayəndəsi Fransuaza Şants məlumat verib.

“Embargo haqqında qanuna (EmbG, SR 946.231) uyğun olaraq federal hökumət, İsveçrənin əsas ticarət tərəfdaşları, BMT və ya ATƏT tərəfindən tətbiq edilən sanksiyaların icrasını təmin etmək üçün məcburi tədbirlər görə bilər. Bu sanksiyalar beynəlxalq hüquqa, xüsusən də insan hüquqlarına riayət edilməsinə xidmət edir,” — deyə Fransuaza Şants bildirib.

O həmçinin qeyd edib ki, BMT üzvü kimi İsveçrə beynəlxalq hüquqa əsasən BMT Təhlükəsizlik Şurası tərəfindən tətbiq olunan sanksiyaları həyata keçirməyə borcludur.

Mövsüm,

AzNews.az