Belarusun Qomel vilayətində mikroavtobusun qəzaya uğraması nəticəsində 6 nəfər ölüb, daha 10 nəfər yaralanıb.
Bu barədə ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Svetloqorsk rayonunda, R-31 Bobruisk-Mozır- Ukrayna sərhədi avtomobil yolunun 72-ci kilometrliyində “Mercedes” mikroavtobusu ilə “Volkswagen” avtomobili toqquşub”, - deyə idarə öz Telegram kanalında yazıb.
lkin məlumata görə, mikroavtobus sürücüsü ötmə əməliyyatı edərkən qarşıdan gələn nəqliyyat vasitəsi ilə toqquşub.
Daxili işlər nazirinin göstərişinə əsasən, Daxili İşlər Nazirliyinin Dövlət Yol Müfəttişliyinin Baş İdarəsinin rəisi Viktor Rotçenkov faciə yerinə göndərilib.
Mövsüm,
AzNews.az