Rəşt-Astara dəmir yolu müqaviləsi tezliklə imzalanacaq

11 Oktyabr 2025 15:24 (UTC+04:00)

Rəşt-Astara dəmir yolu müqaviləsi tezliklə imzalanacaq.

Aznews.az APA-ya istinadən xəbər verir ki, bu barədə İranın Yol və Şəhərsalma Nazirliyinin Beynəlxalq Əlaqələr Mərkəzinin rəhbəri Əmin Taraffo bildirib.

Ətraflı

“Bu həftə Bakıda Şimal-Cənub Dəhlizində əməkdaşlığı inkişaf etdirmək üçün İran, Rusiya və Azərbaycanın mühüm üçtərəfli görüşü keçiriləcək. Rəşt-Astara dəmir yolunun podratçısı kimi İran şirkəti ilə Rusiya şirkəti arasında kommersiya müqaviləsinin yekunlaşdırılması məsələsi davam edir. Tezliklə kommersiya müqaviləsinin imzalanacağı və layihənin icra mərhələsinə keçəcəyi gözlənilir”, - o qeyd edib.