Azərbaycan Dəmiryol Muzeyində açıq qapı günləri keçiriləcək

11 Oktyabr 2025 16:13 (UTC+04:00)

Azərbaycanda dəmir yollarının yaranmasının 145 illik yubileyi münasibətilə Azərbaycan Dəmiryol Muzeyində açıq qapı günləri keçiriləcək.

Aznews.az bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir.

Məlumata görə, bu münasibətlə 14-19 oktyabr tarixlərində muzeyə giriş pulsuz olacaq.

"Bu fürsətdən siz də yararlanın – muzeydə dəmir yollarının 145 illik tarixinə səyahət edənlərdən olun", - deyə səhmdar cəmiyyəti bəyan edib.