Suraxanıda yaşayış binasında yanğın olub

11 Oktyabr 2025 18:45 (UTC+04:00)

Bakı şəhərinin Suraxanı rayonunda yanğın olub.

Aznews.az FHN-ə istinadən xəbər verir ki, çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində ümumi sahəsi 76 m² olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 12 m² sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.