Əraqçi: Rusiya bizə İsrailin müharibə istəməməsi ilə bağlı mesajını çatdırıb

11 Oktyabr 2025 23:54 (UTC+04:00)

Moskva İsrailin baş naziri Binyamin Netanyahunun mesajını Tehrana çatdıraraq, İsrailin İranla müharibənin bərpasında maraqlı olmadığını bildirib.

Aznews.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

"Üç-dörd gün əvvəl Rusiya Prezidenti Vladimir Putin və Netanyahu arasında telefon danışığı olub. Ertəsi gün Moskvadakı səfirimiz prezident administrasiyasından mesaj aldı ki, Netanyahu ölkəmizlə yeni müharibə istəmir", - XİN rəhbəri deyib.