Berke Özer Türkiyə millisindən uzaqlaşdırılıb

12 Oktyabr 2025 16:50 (UTC+04:00)

Berke Özer futbol üzrə Türkiyə millisindən uzaqlaşdırılıb.

Aznews.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.

Qeyd edilib ki, yığmanın qapıçılarından Berke Özer dünən Türkiyə millisinin 2026-cı il Futbol üzrə Dünya Çempionatının seçmə mərhələsində Bolqarıstanla qarşılaşmada heyətə daxil edilməməsini əsas gətirib və komanda İstanbula qayıdarkən rəhbərliyin icazəsi olmadan komandadan ayrılıb. Bu davranış qəbuledilməz sayılıb və Berke Özer yığmadan uzaqlaşdırılıb.

Berke Özerin əvəzinə İstanbulun “Başakşehir” komandasının oyunçusu Muhammed Şengezer yığmaya dəvət edilib.

Qeyd edək ki, Berke Özer hazırda Fransanln “Lil” komandasında çıxış edir.