İsrailin Nazirlər Kabineti: Fələstinli məhbuslar girovlarımız qayıtdıqdan sonra azad ediləcək

12 Oktyabr 2025 20:38 (UTC+04:00)

Fələstinli məhbuslar Qəzza razılaşması çərçivəsində İsrailli girovlar geri qayıtdıqdan sonra azad ediləcək.

Aznews.az xəbər verir ki, bu barədə İsrail hökumətinin nümayəndəsi Şoş Bedrosyan brifinqdə bildirib.

"Sabah (13 oktyabr - red.) azadlığa buraxılması planlaşdırılan bütün girovlarımızın sərhədi keçərək İsraildə olduqlarına dair təsdiqi alan kimi fələstinli məhbuslar azad ediləcəklər", - nümayəndə vurğulayıb.

Onun sözlərinə görə, İsrail girovların qayıtması barədə təsdiqi alana qədər fələstinli məhbuslar artıq avtobuslara yerləşdiriləcək. "Təsdiq alan kimi avtobuslar yola düşəcək", - o əlavə edib.