Deputat Elçin Mirzəbəyli Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının üzvlüyündən xaric edilib.
Partiyanın mətbuat xidmətindən verilən xəbərə görə, bu barədə Rəyasət Heyətinin bugünkü iclasında qərar qəbul edilib.
Məlumata görə, Elçin Mirzəbəylinin müstəqil siyasi analitik kimi fəaliyyəti ilə bağlı istəyini nəzərə alaraq belə bir qərar qəbul olunub.