Tramp Misirdə səfərdədir

13 Oktyabr 2025 18:18 (UTC+04:00)

ABŞ Prezidenti Donald Tramp Misirə səfər edib.

Aznews.az xəbər verir ki, bu barədə "Əl-Ərəbiyyə" telekanalı məlumat yayıb.

Bildirilib ki, Trampın təyyarəsi Şarm əl-Şeyxə enib.

ABŞ liderini Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi qarşılayıb.

Qeyd edək ki, Ağ Ev lideri Qəzza sülh sammitində iştirak edəcək.