İsrailin müdafiə naziri İsrael Katz atəşkəsi pozmaqla hədələyib

13 Oktyabr 2025 19:54 (UTC+04:00)

HƏMAS yalnız dörd israilli məhbusun cəsədini təhvil verəcəyini açıqladıqdan sonra İsrailin müdafiə naziri İsrael Katz sosial mediada açıqlama verib.

Katz, X hesabından verdiyi açıqlamada, onların ən mühüm vəzifəsinin Qəzzada saxlanılan israilli məhbusların cəsədlərini geri qaytarmaq olduğunu bildirib.

O, HƏMAS-ı öz öhdəliklərini yerinə yetirməməkdə ittiham edib.

Katz, HƏMAS-ın yalnız dörd israilli məhbusun cəsədlərini təhvil verəcəyini bildirməsindən narahatlığını ifadə edərək, bunun "HƏMAS-ın öz öhdəliklərini yerinə yetirmədiyi anlamına gəldiyini " qeyd edib.

Atəşkəsi pozmaqla hədələyən Katz, "Hər hansı gecikmə və ya qəsdən yayınma razılaşmanın açıq şəkildə pozulması hesab olunacaq və buna müvafiq olaraq cavab veriləcək", - deyə vurğulayıb.