Əsas məsələ Yaxın Şərqdə sülhün təmin edilməsidir. Regionda münaqişənin nizamlanmasında iştirak edən bütün ölkələr səylərini birləşdirməli və öhdəliklərini yerinə yetirməlidirlər.
Aznews.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp İsrailə və Misirə səfərinin yekunlarına dair "Truth Social" sosial şəbəkəsində yazıb.
"İsrail və Misirdə çox iş gördüm. Çox iş var idi. Bu, unudulmaz bir təcrübə idi! İndi isə bu region üçün bu qədər uzun müddət və inadla mübarizə aparan bütün ölkələr birləşməli və işlərini yerinə yetirməlidirlər! Qəzza bunun yalnız bir hissəsidir. Əsas məsələ - Yaxın Şərqdə sülhdür!", - o qeyd edib.