XİN başçısı: Gürcüstan bölgədə sülhün tərəfdarı olaraq qalır

14 Oktyabr 2025 20:33 (UTC+04:00)

"ATƏT sədri ilə keçirdiyim görüşdə Cənubi Qafqaz bölgəsində hazırkı vəziyyət də müzakirə olunub".

Aznews.az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonen ilə keçirdiyi birgə brifinqdə deyib.

Nazirin sözlərinə görə, Gürcüstan hər zaman olduğu kimi regionda sülh və sabitliyin tərəfdarı olaraq qalır.

Nazir Gürcüstanın ATƏT-lə əməkdaşlığa önəm verdiyini, təşkilatın müstəqil institutları çərçivəsində fəaliyyəti davam etdirməyə hazır olduğunu bildirib.