Azərbaycan Çinə fındıq və badam ixrac edəcək

15 Oktyabr 2025 12:34 (UTC+04:00)

Azərbaycandan Çinə fındıq və badam ixrac olunacaq.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, Agentliyin nümayəndə heyəti "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində Çinə səfər edib. Səfər çərçivəsində AQTA ilə Çinin Baş Gömrük Administrasiyası arasında "Azərbaycan Respublikasından Çin Xalq Respublikasına ixrac edilən fındıq və badamın yoxlanılması, karantini və sanitariya tələblərinə dair Protokol" layihəsi imzalanıb.

Görüşdə, həmçinin tərəflər "İdxal və İxracda Qida Təhlükəsizliyi sahəsində Əməkdaşlıq Mexanizmi üzrə Sənəd Layihəsi" də imzalanıb.

Eyni zamanda, tərəflər quş əti, akvakulturada yetişdirilən və vəhşi təbiətdən əldə olunan dəniz məhsulları, albalı, alma, xurma və narın ixracı ilə bağlı məsələləri də müzakirə edib.