Kişi evdə dünyaya uşaq gətirdi

9 Sentyabr 2013 21:45 (UTC+04:00)
Berlin sakini olan kişi dünyaya uşaq gətirib.

Qadın reproduktiv sisteminə malik olan kişi uşağın bioloji atası olub. Həkimlər onun dünyaya gətirdiyi uşağın tam sağlam olduğunu bildirib.

Məsələ burasındadır ki, adı açıqlanmayan kişi dünyaya qadın kimi gəlib. O, hormonterapiya kursu keçməklə bədəninin kişi bədəninə bənzəməsinə çalışıb. Həmçinin süd vəzilərini də kəsdirən bu şəxs sadəcə reproduktiv orqanlarına toxunmayıb. Daha sonra isə sənədlərdə özünü kişi kimi qeyd etdirib.

Daha sonra donor vasitəsilə hamilə qalan bu şəxs uşağı dünyaya bu ilin martında gətirsə də, hadisə barədə məlumat ancaq indi mətbuata çıxarılıb.

Kişi uşağını evdə dünyaya gətirməli olub. Səbəbi isə bu olub ki, xəstəxanada doğuş zamanı sənədlərdə ana ilə bğlı məlumat tələb olunur. İndiki halda isə uşağın anası yoxdur. Uşağın ancaq bir valideyni var ki, o da onu dünyaya gətirən atasıdır.

Elnur
AzNews.az