Naxçıvan Regional Turizm İdarəsi yaradılıb - FƏRMAN

15 Oktyabr 2025 13:27 (UTC+04:00)

Dövlət Turizm Agentliyinin işçilərinin say həddi artırılıb.

Bu, Prezident İlham Əliyevin müvafiq Fərmanında əksini tapıb.

Fərmana əsasən, Dövlət Turizm Agentliyinin işçilərinin say həddi cəmi 165 ştat vahidindən 181-ə, regional turizm idarələri üzrə 88-dən 104 ştat vahidinə artırılıb.

Eyni zamanda, müvafiq Fərmana əsasən Naxçıvan Regional Turizm İdarəsi yaradılıb.

AzNews.az